
İnanılmaz: Rusiya aerodromları vurulur, 40 təyyarə məhv edildi
Ukrayna ordusu hazırda Rusiyanın strateji bombardmançılarının yerləşdiyi aerodromlara PUA-larla hücumlar edir.
Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin sədri Vasili Malyuk məlumat verib.
Onun sözlərinə görə, İrkutsk vilayətindəki “Tu-22M3” strateji bombardmançılarının yerləşdiyi “Belaya” aerodromu, Murmansk vilayətində “Tu-22M3” strateji bombardmançılarının yerləşdiyi “Olenya” aerodromları hücuma məruz qalıb.
“Belaya aerodromu indi necə gözəl görünür, strateji düşmən aviasiyası”, - Malyuk yaydığı videoda bildirib.
Ukrayna mətbuatının yazdığına görə, Rusiyanın 5 aerodromuna endirilən zərbələr nəticəsində 40 strateji təyyarə məhv edilib./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın