"İnvestAZ” kimi investisiya şirkətləri milli bazarda real xidmət göstərə bilməzlər

"İnvestAZ” kimi investisiya şirkətləri milli bazarda real xidmət göstərə bilməzlər -EKSPERT

Son zamanlar Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin sayı artıb.

"Yatırımı sadələşdirmək", "asan və anlaşılan şəkildə müştəriyə təqdim etmək" devizi ilə fəaliyyət göstərən şirkətlərdən biri də “İnvestAZ”dır. Bu şirkətlə bağlı vətəndaşlar sosial şəbəkələrdə çoxsaylı müraciətlər ünvanlayırlar. Bəs görəsən belə investisiya şirkətləri nə dərəcədə güvənlidir? Vətəndaşları aldada bilərlərmi? Bu məsələlərdə insanlar nələrə diqqət etməlidirlər?

 

Mövzu ilə bağlı Pravda.az-ın suallarını cavablandıran bank məsələləri üzrə ekspert Əkrəm Həsənov vətəndaşları ehtiyatlı olmağa çağırıb.

Əkrəm Həsənov: “Bərdədə 14 yaşlı qız zorlayanların hökmü ölüm olmalıdır” Pravda.az

Ekspert deyib ki, Azərbaycanda qiymətli kağızlar bazarı real olaraq yoxdur: “Bizdə heç kim heç kimin qiymətli kağızını elə-belə almır. Çünki bilinmir ki, onun arxasında nə durur, gəlir gətirəcəkmi, aldadacaqlarmı... Azərbaycanda valyuta bazarı da çox primitivdir. Bəllidir ki, milli valyutanın məzənnəsi sabitdir və Mərkəzi Bank tərəfindən tənzimlənir. Buna görə də “İnvestAZ” kimi investisiya şirkətləri milli bazarda real xidmət göstərə bilməzlər. Nə xidmət göstərəcək? Xarici bazarlarda ola bilər. Onda gərək insanlarımız xarici şirkətlərin səhmlərini alsınlar. Buna görə də, düşünürəm, Azərbaycanda xarici bazarları bilən kifayət qədər peşəkarlar yoxdur ki, nəsə etsinlər. Həm də təhlükəlidir. Nəsə səhm aldınız, sabah batdı. Mən belə bir fəaliyyətə çox ehtiyatla yanaşardım. Ən azından insanlara tövsiyə edirəm ki, son pullarını gedib belə maliyyə əməliyyatlarına yerləşdirməsinlər. Kiminsə çox pulu varsa, istəyirsə, bir hissəsini qoysun, görsün ki, nəsə gəlir əldə edə biləcək, ya yox”.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi