İnvestorların ABŞ dollarına marağı artır -

İnvestorların ABŞ dollarına marağı artır - TƏHLİL

Son günlər qlobal maliyyə bazarlarında ABŞ dollarının digər aparıcı dünya valyutaları qarşısında məzənnəsini müəyyən edən dollar indeksi artmaqdadır.


“Report".az  bildirir ki, indeksin gündəlik artımı 2,05% təşkil edib ki, bu da 2016-cı ilin noyabr ayından bəri rekord həddir.

Göründüyü kimi bəzi investorların dollar dövrünün başa çatması barədə fikirlərinə baxmayaraq Amerika valyutası bahalaşmaqda, ona maraq artmaqdadır. Bu isə həm iqtisadi, həm də texniki amillərlə bağlıdır.

İlk növbədə investorlar ABŞ və digər ölkələrin istiqrazlarınımn illik faiz dərəcəsi arasındakı fərqə biganə qala bilmirlər. ABŞ-ın 10 illik xəzinə notlarının illik gəlirliliyinin 3%-ə yaxınlaşması digər ölkələriun qiymətli kağızlarından imtina ilə nəticələnir və avtomatik olaraq dolları bahalaşdırır.

İnvestorların ABŞ dollarına marağı artır

Amerika puluna tələbatı artıran həm də dünyanın ən böyük iqtisadiyyatında baş verən inflyasiya yönümlü yeniliklərdir. Son vaxtlar ABŞ-da istehlak qiymətləti indeksi artıb. Bu isə investorlarda belə bir fikir formalaşdırıb ki, Federal Ehtiyat Sistemi uçot dərəcəsini artıracaq. Bu, reallaşsa dolların daha da bahalaşması qaçılmaz olacaq.

Digər tərəfdən bu həftə Avropa və Yaponiya Mərkəzi Banklarının uçot dərəcəsi ilə qərarlarını açıqlayacaqları gözlənilir. İnvestorlar hesab edir ki, hər iki qurumun qərarında yenilik olmayacaq, yəni faizlər sabit saxlanılacaq. Çünki həm Avropada, həm də Yaponiyada qiymətlərin azalması müşahidə olunur. Bu isə dollarla investisiyaları daha gəlirli etdiyindən Amerika valyutası üçün müsbət xəbər hesab olunur. 


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi