İradə Gülməmmədovanın bacısı oğlu məhkəmə zalında həbs edildi

İradə Gülməmmədovanın bacısı oğlu məhkəmə zalında həbs edildi 

Abşeron Rayon İcra Hakimiyyətinin həbsdə olan Memarlıq və tikinti şöbəsinin sabiq müdiri (baş memar) Akif Əliyev, Abşeron Rayon İcra Hakimiyyəti MKTB-nin Xırdalan şəhəri 3 saylı mənzil təsərrüfat istehsalat istismar-təmir sahəsinin sabiq rəisi Murad Əhmədov və daha 5 nəfərin cinayət işi üzrə məhkəmə iclası baş tutub.

Faktinfo.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda Cəfər Razim oğlu Əkbərov, Seymur Yadulla oğlu İsmayılzadə, Şamil Rasim oğlu Xəlilov, Emin Sahib oğlu Süleymanov və Novruz Arzu oğlu Əliyev da müttəhimlər kürsüsünə çıxarılıb.

Məlum olub ki, iş üzrə daha iki nəfər təqsirləndirilən şəxs var və onlar barəsində istintaq orqanı tərəfindən polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Həmin şəxslər Babək Hacı oğlu Alıyev və Tural İrzəbəy oğlu Ağaməmmədovdur.

Hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirib.

Hakim Əli Məmmədov hazırlıq iclasının qərarını elan edən zaman Babək Alıyev və Tural Ağamməmmədov barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib. Hər iki şəxs məhkəmə zalında qandallanaraq həbsə alınıb.

Məlumata görə, Babək Alıyev Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın bacısı oğludur.

Digər həbs edilən şəxs Tural Ağaməmmədov isə Abşeron rayon Aşağı Güzdək bələdiyyəsinin sədr müavini olub.

Xatırladaq ki, adı çəkilən şəxslər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıb.

Keçirilən kompleks əməliyyat-istintaq tədbirləri ilə İcra Hakimiyyətinin baş memarı Akif Əliyevin vətəndaşa tikinti üçün hər hansı layihə hazırlanmadan və rayon İcra hakimiyyətinə tikintiyə icazə üçün rəsmi qaydada müraciət olunmadan, müvafiq zəruri sənədləşmə aparılmadan tikinti aparılması üçün ümumi himayədarlığı həyata keçirəcəyini bildirib və Murad Əhmədov vasitəsilə 3000 manat məbləğində pul vəsaitini rüşvət qismində alıb. Adı çəkilən şəxslərin digər cinayət əməlləri də ortaya çıxıb.

Məlumata görə qeyd olunan qanunsuz əməllər məhkəmə qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirlərinə uyğun olaraq audio-video çəkilişlərlə təsdiq olunub.

Həbs edilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma), 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə), dələduzluq və digər maddələri ilə ittihamlar irəli sürülüb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi