
İran İsrailin Bney Brak şəhərindəki hərbi hədəflərə də hücuma hazırlaşır - Xəbərdarlıq yaydı
İranın Silahlı Qüvvələri yaxın saatlarda Təl-Əvivin ətrafındakı Bney Brak şəhərindəki hərbi obyektlərə zərbələr endirmək niyyətindədir və sakinləri təxliyə olunmağa çağırıb.
Report.az İranın SNN telekanalına istinadən xəbər verir ki, bu barədə İranın Silahlı Qüvvələrinin məlumatında deyilir.
"İran İslam Respublikası işğal olunmuş ərazilərin sakinlərini sağ qalmaq üçün Bney Brak ərazisini tərk etməyə çağırır. Yaxın saatlarda İranın Silahlı Qüvvələri son günlər Təl-Əviv bölgəsində baş verdiyi kimi, bu bölgədə sionist rejimin (İsrail nəzərdə tutulur - red.) hərbi obyektlərinə hücum edəcək", - məlumatda qeyd olunur.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın