İş adamı məhsulları haqqında yayılan məlumatları TƏKZİB ETDİ

İş adamı məhsulları haqqında yayılan məlumatları TƏKZİB ETDİ 

İş adamı Fəxrəddin Fərhadov rəhbərlik etdiyi “Kristal CF” MMC-yə məxsus olan kolbasa və sosiska məhsullarının Hindistandan gətirilən inqridentlər böcəkdən hazırlanması barədə mətbuatda yayılan məlumatları təkzib edir.

İş adamı Fəxrəddin Fərhadovun imzası ilə Faktinfo.az-ın elektron poçtuna daxil olan təkzib müraciətində deyilir:

"05 dekbar 2019-cu il tarixdə Faktinfo.az saytında dərc olunmuş "Azərbaycanlı kolbasa sexinin rəhbərinin DƏBDƏBƏLİ VİLLASI" başlıqlı yazıda qeyd olunan "Onların “Qızıl Buta” şadlıq sarayı, “Jiquli” pivə zavodu, “Qəbələ” kafesi və s. obyektləri də var.O cümlədən yazıda “CF” kolbasalarının  Hindistandan gətirilən inqridentlər böcəkdən hazırlanması ilə bağlı da xəbər verilmişdi. Ona görə də firmanın əhaliyə yedirdiyi bu kolbasa məmulatı müxtəlif xəstəliklərin mənşəyi ola biləcəyini vurğulayıb. Xatırladaq ki, bir neçə il öncə “CF” və “KRİSTAL” kolbasalarının halal olmadığı aşkar edilib" kimi məlumatlar həqiqətə uyğun deyil. 

Nəzərinizə çatdırırıq ki, “Kristal CF” əmtəə nişanlı kolbasa və sosiska məhsulları yüksək keyfiyyətli məhsuldan hazırlanır, halallıq və müvafiq uyğunluq sertifikatına malikdir". 


Qeyd edək ki, "Azərbaycanlı kolbasa sexinin rəhbərinin DƏBDƏBƏLİ VİLLASI" başlıqlı yazı BİG.az saytı tərəfindən yayımlanıb.Faktinfo.az saytı sözügedən xəbəri  "Axar.az" saytından götürərək dərc edib. 



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi