İsa Qəmbərin atasını kim öldürüb? – Sensasion açıqlama

İsa Qəmbərin atasını kim öldürüb? – Sensasion açıqlama 

Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin Almaniyada yaşayan qardaşı Rövşən Qəmbər ataları, mərhum akademik, AMEA-nın müxbir üzvü Yunis Qəmbərovun ölümü ilə bağlı sensasion açıqlama yayıb.

Rövşən Qəmbər atasının 1991-ci ildə Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən öldürüldüyünü bəyan edib.

“Atam çox sağlam olduğu halda Ayaz Mütəllibovun keçirdiyi prezident seçkisindən bir gün əvvəl qəflətən vəfat etdi. Daha doğrusu KQB işçilərinin “köməyi” ilə öldürüldü. Bu düşüncə 29 ildir ki, dünyamı dağıdıb”, - deyə o bildirib.

Rövşən Qəmbər əlavə edib ki, məhkəmə hadisədə DTK rəshbərliyinin təqsirkar olduğunu sübut edə bilərdi. “Təəssüf ki, o vaxtdan yeni məhkəmə prosesi başladılmayıb”, - deyə o vurğulayıb./Yenisabah.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi