İspaniya millisi baş məşqçisi yığmadan getdi

İspaniya millisi baş məşqçisi yığmadan getdi 

Futbol üzrə İspaniya millisi baş məşqçisi Luis Enrike ilə yollarını ayırıb.

Bu barədə İspaniya Kral Futbol Federasiyası (RFEF) məlumat yayıb.

RFEF 52 yaşlı mütəxəssisin köməkçiləri ilə də vidalaşıb.

Qeyd edək ki, Luis Enrike 2018-ci ildən yığmada işləyib. Komanda onun rəhbərliyi altında AVRO-2020-də yarımfinala yüksəlib. İspaniya seçməsi DÇ-2022-nin 1/8 finalında Mərakeşə penaltilər seriyasında məğlub olub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi