İsrail müxalifəti Netanyahunun Qəzza planına qarşı ayağa qalxdı – “Bu, siyasi motivli fəlakətdir!”

İsrail müxalifəti Netanyahunun Qəzza planına qarşı ayağa qalxdı – “Bu, siyasi motivli fəlakətdir!” 

İsraildə müxalifət liderləri hökumətin Qəzza zolağını işğal etmə qərarına sərt reaksiya veriblər.

Musavat.com xəbər verir ki, onlar bu addımı siyasi məqsədlərlə atılmış, təhlükəli və gələcək üçün fəlakətli bir qərar kimi qiymətləndiriblər.

Müxalifət rəhbərləri Netanyahunun bu qərarla həm girovların həyatını, həm də İsrailin təhlükəsizliyini ciddi risk altına atdığını bildiriblər.

İsrail parlamentində aparıcı fiqurların etirazı ölkədə daxili siyasi gərginliyi daha da artırıb.

Yair Lapid – müxalifətin lideri:

“Ordu və təhlükəsizlik qüvvələrinin rəylərinə tamamilə zidd olaraq, döyüş qüvvələrinin zəifləməsi və tükənməsi nəzərə alınmadan, Ben Gvir və Smotrich Netanyahunu aylarla davam edəcək hərəkətlərə cəlb etdilər. Bu, girovların ölümü, çox sayda əsgərin həlak olması, İsrail vergi ödəyicilərinə onlarla milyard dollar itki və siyasi çöküşlə nəticələnəcək. İsrail məqsədsiz və gələcəyi müəyyən edilməmiş bir döyüş meydanında tələyə düşəcək, bu faydasız işğalın sonu isə heç kimə məlum deyil.”

Avigdor Liberman – “İsrail Evimiz” partiyasının rəhbəri:

“Baş Qərargah rəisinin çoxsaylı təhlükələr barədə xəbərdarlığına baxmayaraq, Nazirlər Kabinetinin qəbul etdiyi qərar göstərir ki, həyat və ölüm məsələsi olan qərarlar təhlükəsizlik və müharibənin məqsədləri nəzərə alınmadan qəbul edilir. 7 oktyabrda baş nazir vətəndaşların təhlükəsizliyini yenə də öz kreslosu naminə qurban verir.”

Yair Golan – Demokrat Partiyasının lideri:

“Bu qərar nəsillər üçün fəlakətdir. Bu, girovlar və həlak olanların ailələri üçün ölüm hökmü deməkdir. Bütün bunlar siyasi mövcudluq və messianist görüşlər naminə edilir. Mübarizəmizi gücləndirməliyik. Bu hökumətin devrilməsi həyatları xilas edəcək.”

Anadolu Agentliyinin yaydığı məlumata görə, bu tənqidlər fonunda İsrail cəmiyyətində hökumətə qarşı etimadsızlıq və narahatlıq artır. Müxalifət partiyaları isə Netanyahunun rəhbərlik etdiyi koalisiyanı ölkəni “hədəfi və strategiyası bəlli olmayan bir savaşın içinə” sürükləməkdə ittiham edirlər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi