İsrailin 5 casusu İranda məsciddə TUTULDU

İsrailin 5 casusu İranda məsciddə TUTULDU - TƏFƏRRÜAT

İran polisi məsciddə əməliyyat keçirib.

Lent.az yerli mediaya istinadla bildirir ki, əməliyyat Xuzistan vilayətinin Süleyman məscidində baş tutub. Nəticədə İsrail kəşfiyyatına işləyən 5 casus ələ keçirilib.

Xuzistan polis rəisi bildirib ki, Kəşfiyyat Polisinin əməkdaşları real və virtual mühitlərdə İsrailin beş casusunu, media və kiberməkan muzdlularını tapıb həbs etməyə nail olublar.

Polis rəisinin sözlərinə görə, bu şəxslər İsrail kəşfiyyat xidməti ilə əlaqəlidirlər. Onlar külli miqdarda pul almaqla məqsədyönlü şəkildə ictimai rəyi pozmaq, cəmiyyətdə qorxu yaratmaq, gəncləri küçə iğtişaşları yaratmağa təhrik etmək və təşviq etmək, İsrailin yerli infrastruktura raket hücumlarına virtual dəstək vermək məqsədi ilə fəaliyyət göstəriblər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi