
İsrailin müdafiə naziri: “Xameneini öldürəcəyik”
İsrailin müdafiə naziri İsrael Katz gərginlik fonunda İrana qarşı son dərəcə sərt bəyanatla çıxış edib.
Musavat.com xəbər verir ki, Nazir bildirib ki, əgər İran hücumlarını davam etdirərsə, İsrail bu ölkənin Ali Rəhbəri ayətullah Seyid Əli Xameneini fiziki olaraq aradan qaldıra bilər.
Katz bu bəyanatını yerli mediaya verdiyi açıqlamada səsləndirib.
O deyib: “İran rəhbərliyi öz təhlükəsizliyini itirib. Əgər təxribatlar dayandırılmasa, bu dəfə onların dini rəhbəri də məsuliyyətdən yayına bilməyəcək.”
İran tərəfi hələlik bu təhdidə rəsmi cavab verməyib. Lakin Tehrandakı siyasi və hərbi dairələrin bu bəyanatı “dövlət terrorizmi” aktı kimi qiymətləndirəcəyi gözlənilir.
Xatırladaq ki, İsrail ilə İran arasında gərginlik son günlərdə pik həddə çatıb. İsrailin Tehrana yönəlik hava hücumları və İranın İsrail ərazilərinə raket zərbələri bu iki dövləti müharibə vəziyyətinə gətirib.
Bu xəbər üçün şərh yazın