İstintaq Telman İsmayılovu Avraam Russonun oğurlanmasında təqsirkar sayıb

İstintaq Telman İsmayılovu Avraam Russonun oğurlanmasında təqsirkar sayıb 

Rusiyanın İstintaq Komitəsinin müstəntiqləri müğənni Avraam Russonun 2004-ci ildə oğurlanması barədə cinayət işinin istintaqını başa çatdırıb.

Bu barədə “Report” “Kommersant”a istinadən xəbər verir.

Xəbərə əsasən Rusiyanın İstintaq Komitəsi hesab edir ki, oğurluğu “Çerkizov” bazarının sabiq sahibi Telman İsmayılov iki nəfərin - Zaur Mərdanovun və Vladimir Qusakovun köməyi ilə təşkil edib.

Məlumata görə, bazarın keçmiş müdiri 2004-cü ilin yanvarında müğənnini “Praqa” restoranında aldadaraq, onu restoranın ikinci mərtəbəsindəki kabinetinə çağırıb və digər şəxslərlə birlikdə Avraam Russonu döyüb.

T. İsmayılov Avraam Russodan bütün konsertləri ləğv etməyi, onun şərtləri altında müqavilə imzalamağı tələb edib.

Bundan sonra iki nəfər müğənnini zorla avtomobilin arxa oturacağına əyləşdirərək, bazarın sabiq rəhbərinin Moskva yaxınlığındakı evinə gətiriblər və artisti bütün tələbləri yerinə yetirməyə razılıq verincə bir gün orada saxlayıblar.

İstintaq Komitəsi işlə bağlı kifayət qədər sübutların toplanıldığını bildirib. Cinayət işi Baş Prokurorluğa göndərilib.

Bildirilir ki, cinayətin digər iştirakçılarının işi ayrıca icraata ayrılıb, onların cinayət əməlləri ilə bağlı istintaq davam etdirilir. Həmçinin təqsirləndirilən sabiq bazar direktoru T.İsmayılovun və digər şəxslərin beynəlxalq axtarışı davam edir.

Qeyd edək ki, əməliyyatçılar 2016-ci ilin noyabrında biznesmenin qardaşı Rafiq İsmayılovu və Mehman Kərimovu saxlayıblar. Onlar qətl işində şübhəli bilinirlər. 2017-ci ildə iş adamına qarşı qətldə iştirak və qanunsuz silah dövriyyəsi ilə bağlı qiyabi ittiham irəli sürüb.

Daha əvvəl Moskvanın Basmannı rayon məhkəməsi Çerkizov bazarının sabiq rəhbəri, azərbaycanlı milyarder Telman İsmayılovun bacısı oğlu Zaur Mərdanovu müğənni Avraam Russonun oğurlanmasında müqəssir bilərək iki ay müddətinə həbs edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi