İsveçrəli müəllimin Qərbi Kaspi Universitetində dərsləri başlayıb

İsveçrəli müəllimin Qərbi Kaspi Universitetində dərsləri başlayıb 

2016-cı ildən etibarən Qərbi Kaspi Universiteti İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS) ilə birgə əməkdaşlıq çərçivəsində MBA proqramı üzrə ikili diplom layihəsini həyata keçirir.

Universitetdən Faktinfo.az-a verilən məlumatda bildirilir ki, layihə çərçivəsində dərslər hər iki universitetin mütəxəssisləri tərəfindən aparılır, 2 illik təhsilin yekununda tələbələr hər iki universitetin diplomunu əldə edirlər. Layihə çərçivəsində tələbələr, həmçinin, İsveçrədə qısamüddətli yay məktəbində, təcrübə proqramında iştirak etmək imkanını əldə edirlər.

Hazırda UBİS Universitetinin müəllimi Daniel Rouranın “Research Methodologies” (Tədiqiqat metodikası) mövzusunda MBA proqramında təhsil alan magistrlar üçün dərsləri davam edir.

İsveçrəli müəllimin Qərbi Kaspi Universitetində dərsləri başlayıb
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi