İtə güllə atdı, arvadına dəydi

İtə güllə atdı, arvadına dəydi 

Türkiyənin Samsun şəhərinin Təkkəköy qəsəbəsində ər arvadını səhvən güllələyib.

 Türkiyə mətbuatı xəbər verir ki, Asiyə K. adlı qadın evə gedərkən küçədə it hücumuna məruz qalıb.

Bu zaman həyat yoldaşını xilas etməyə çalışan Cengiz K. silahı ilə iti vurmaq istəyib. Lakin, güllə Asiyəyə dəyib.

Qarnından yaralanan qadın, hadisə yerinə çağırılan təcili yardımla xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi