İtkin düşən alpinistlərin hərəkət qrafiki: axtarışdan

İtkin düşən alpinistlərin hərəkət qrafiki: axtarışdan 

İtkin düşən alpinistlərin axtarışları hələlik bir nəticə verməyib.

 Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstənin cəlb olunduğu axtarışlarda yeni, hətta köhnə uçqun yerləri də qazılır.

“Gilavar” - hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımov da bildirmişdi ki, Laza istiqamətinə kimi hər yer axtarılır: “Bəzi yerlərdə qar uçqunları var, onları qazırıq. Hətta daha əvvəldən baş vermiş qar uçqunlarını da qazırıq ki, əmin olaq”.

Ötən gün isə yoxa çıxan alpinistlərin dostları onların marşrutunu əks etdirən qrafika paylaşmışdılar. Onlar xilasedicilərdən axtarış apararkən, bu qrafikadan da istifadə edilməsinin işə yaraya biləcəyini demişdilər.
Alpinistlərin 4 günlük azuqəsi olduğunu nəzərə alsaq, bədbəxt hadisə baş vermədiyi halda onların artıq bugündən yeməkləri bitmiş sayılır. Ancaq Z.Qasımov onların peşəkar olduqlarını qeyd edib və bir neçə gün aclığa dözə biləcəklərini vurğulayıb.

Xatırladaq ki, dekabrın 23-də Tufandağ istiqamətində hərəkət edən “Gilavar” - hava və ekstrim idman klubunun üzvüləri Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu və Cəbrayılzadə Fəridə Cəbiyulla qızı 26 dekabrdan axtarılır.

Axtarışı əks etdirən fotoları təqdim edirik.

İtkin düşən alpinistlərin hərəkət qrafiki: axtarışdanİtkin düşən alpinistlərin hərəkət qrafiki: axtarışdanİtkin düşən alpinistlərin hərəkət qrafiki: axtarışdan
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi