Vətən Müharibəsi iştirakçısı kanala düşən direktorla qızı belə xilas etdi-

Vətən Müharibəsi iştirakçısı kanala düşən direktorla qızı belə xilas etdi- Yenilənib+VİDEO

Füzuli rayonunda ibtidai sinif müəllimi Aygün İsmayılova idarə etdiyi maşını aşıraraq kanala düşüb. Bu zaman onun məktəb direktoru olan anası da avtomobildə imiş.

Pravda.az-ın məlumatına görə, dünən baş verən hadisə zamanı “Hyundai” markalı avtomobil yoldan çıxaraq ərazidən keçən Qarabağ kanalına düşüb. Nəticədə sürücü və maşında olan iki ailə üzvü boğulmaq təhlükəsi ilə üzləşib.

Maşını idarə edən şəxsin Böyük Bəhmənli 2 saylı kənd orta məktəbinin ibtidai sinif müəllimi Aygün İsmayılova olduğu bildirilir. Hadisə zamanı maşında onun azyaşlı qızı və anası da olub. A.İsmayılovanın anası Gülşən İsmayılova isə Böyük Bəhmənli kənd peşə məktəbinin direktorudur.

***

Faktinfo.az saytına rayon icra hakimiyyətindən verilən məlumata görə,09 yanvar 2022-ci il tarixində saat 15:30 radələrində içərisində üç nəfər Böyük Bəhmənli kənd sakininin olduğu Hyunday Elantra markalı avtomobil qarşısına it çıxması nəticəsində idarəetməni itirərək Füzuli rayonu Kərimbəyli kəndinin ərazisindən keçən Baş Mil kanalına düşmüşdür. 

Hadisənin görən bri-neçə Kərimbəyli kənd sakini və RİHB Aparatının Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri-Vətən Müharibəsi iştirakçısı Misirli Hafiz Muxtar oğlu dərhal-gecikmədən özlərini suya ataraq maşının içərisində olan iki qadın və bir qız uşağını xilas etmişlər. Adları çəkilən şəxslərin cəldliyi nəticəsində hadisə zamanı xəsarət alan və ölən olmamışdır.

Faktinfo.az

Vətən Müharibəsi iştirakçısı kanala düşən direktorla qızı belə xilas etdi-
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi