Kanat xətti qırıldı 7 nəfər öldü- Qəza

Kanat xətti qırıldı 7 nəfər öldü- Qəza 

Hindistanda kanat xəttinin qırılması nəticəsində 7 nəfər həyatını itirib.

Faktinfo.az xəbər verir ki, Hindistanın Cammu Kəşmir bölgəsində baş verən  kanat qəzasında 7 nəfər həyatını itirib. Təhlükəsizlik məsələləri üzrə məsul şəxs  İmtiyaz Hüseyn Cammu Kəşmirin paytaxtı Srinagarın təxminən 50 kilometr şimal-qərbində yerləşən xizək mərkəzində kanatın 30 metr yüksəklikdən yerə düşməsi xəbərini təsdiqləyib. O, qəza nəticəsində 4 nəfər turist, 3 nəfər yerli şəxs olmaqla 7 nəfərin həyatını itirdiyini, 4 nəfərin isə  yaralandığını açıqlayıb.

Qeyd edək ki, hadisəyə səbəb  şiddətli külək əsməsi göstərilir.Bərk əsən külək şam ağacını yerindən qoparıb, nəticədə ağac kanat xəttinin üzərinə düşüb və kanat yerə yuvarlanıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər