Kanqal itləri PKK-nın qorxulu röyası olacaq - FOTOLAR

Kanqal itləri PKK-nın qorxulu röyası olacaq - FOTOLAR 

Dünyanın ən yaxşı qoruma xüsusiyyətlərinə malik olan Kanqal itləri Türkiyə sərhədlərinə gətiriləcək.

 Türkiyə Silahlı Qüvvələri sərhəd postlarını qorumaq üçün Sivasdan xeyli sayda Kanqal balaları alıb.

Zəkası ilə fərqlənən Kanqallar, güclü fiziki quruluşa malikdir. Bu itlər 2 kilometr uzağı görmə və 4 kilometr uzaqlıqdan qoxu alma qabiliyyətinə sahibdir. Yaxın aylar ərzində yetişdiriləcək olan kanqallar postlarda həyəcan siqnalı rolunu oynayacaq. Həmçinin bu itlər PKK terrorçularının Türkiyə sərhədlərinə hücumunun qarşısını almaq üçün də təlimlər keçəcək. Bu itlər Qızıl Kanqal Düşərgəsindən təmin edilib. Bu düşərgədə daha çox italyanlar üçün Kanqallar yetişdirilir. İtalyanlar bu itləri canavar hücumlarının qarşısını alamaq və təhlükəsizlik xidmətlərində istifadə üçün alırlar.

Düşərgənin sahibi Ümid Daşdələn bu itlərin terrorçularla mübarizədə istifadə olunacağından qürur duyduğunu bildirib: "Adını dünyaya tanıdan Kanqal itlərimiz əsgərlərimizlə birgə Şərq bölgəsində xidmət edəcək. Kanqallar dünyanın ən ağıllı gözətçi itləri sırasındadır. Ərazinin qorunmasında çox yaxşıdırlar. 2 kilometr məsafədən gələn hər cür təhlükəni görə bilirlər. Küləkli ərazilərdə 4 km-ə qədər qoxu ala bilərlər. Xüsusilə gecə insanların görə bilmədiklərini görə bilərlər. Kəskin eşitmələri ilə uzaq təhlükələri aşkarlayır və bildirirlər. Buna görə Kangal itlərimizin bu məqsəd üçün xidmət etmələri həqiqətən qürurverici bir inkişafdır"./musavat.com

Sınırlarımızı koruyacak Kangallar, teröristlere geçit vermeyecek

Sınırlarımızı koruyacak Kangallar, teröristlere geçit vermeyecek ile ilgili görsel sonucu

Sınırlarımızı koruyacak Kangallar, teröristlere geçit vermeyecek ile ilgili görsel sonucu

Sınırlarımızı koruyacak Kangallar, teröristlere geçit vermeyecek ile ilgili görsel sonucu

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi