"Karantin mayın 4-də bitməyəcək" - AÇIQLAMA

"Karantin mayın 4-də bitməyəcək" - AÇIQLAMA 

Hesab edirəm ki, insanlar koronavirusla bağlı tətbiq edilən karantin rejiminin ləğv edilməsinə sevinmək əvəzəinə, özü-öz həkimi olmaq haqqında daha ciddi düşünməlidir.

Aydındır ki, karantin rejimi mayın 4-də bitməyəcək, ola bilsin ki, karantinin şərtləri bir qədər yumşalacaq. Ammma inanmıram ki, mayın 4-dən, məktəb, universitet və ya restoran kimi kütləvi insanların olduğu obyektlər açılacaq. Bunlar mərhələli formada açılacaq və bu mayın 4-5-də olmayacaq. Hazırda kiçik mağazalar açılıb, amma insanların daha çox müraciət etdiyi mollar bağlıdır. Hesab edirəm ki, bunlar düzgün addımdır. Mayın 4-dən sonra karantinin şərtləri yumşalacaq. Normal həyata dönüş isə aparılan testin nəticələri və statistik göstəricilərdən asılıdır.

Bu fikirləri psixololoq Azad İsazadə mayın 4-dən sonra ləğv olunacaq karantin rejimi və Covid-19 pandemiyasının təhlükəsi mövzusunda danışarkən deyib./Teleqraf.com

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər