Kazan Dövlət Baytarlıq Akademiyasının rektoru ADAU tələbələrinə mühazirə söyləyib

Kazan Dövlət Baytarlıq Akademiyasının rektoru ADAU tələbələrinə mühazirə söyləyib - FOTOLAR

Bu gün N.E.Bauman adına Kazan Dövlət Baytarlıq Təbabəti Akademiyasının rektoru Prof.Dr. Rüstəm Xamitoviç Ravilov “Heyvanlarda xlamidioz” mövzusunda Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) professor-müəllim və tələbələri üçün mühazirə söyləyib.

Mühazirədə ADAU-nun Baytarlıq təbabəti fakültəsinin tələbələri, magistrant və doktorantları həmçinin professor-müəllim heyəti iştirak ediblər.

Faktinfo.az xəbər verir ki,ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov zəngin mühazirə üçün təşəkkür edərək, bu cür mühazirələrin davamlı olmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, ADAU ilə N.E.Bauman adına Kazan Dövlət Baytarlıq Təbabəti Akademiyası arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, qarşılıqlı olaraq baytarlıq sahəsində kadr hazırlığına və elmi-tədqiqat işlərinin aparılmasına start verilib.

Kazan Dövlət Baytarlıq Akademiyasının rektoru ADAU tələbələrinə mühazirə söyləyibKazan Dövlət Baytarlıq Akademiyasının rektoru ADAU tələbələrinə mühazirə söyləyibKazan Dövlət Baytarlıq Akademiyasının rektoru ADAU tələbələrinə mühazirə söyləyib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi