Keçmiş icra başçısı vəfat etdi

Keçmiş icra başçısı vəfat etdi 

Cəbrayıl rayonunun sabiq icra başçısı Mahmud Quliyev bu gün səhər saatlarında dünyasını dəyişib.

Faktinfo.az  xəbər verir ki, bu barədə məlumatı M.Quliyevin yaxınları axar.az-a təsdiqləyiblər. Mərhum bu gün Biləcəri qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Mahmud Quliyev 22 iyul 1952-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Xalq təsərrüfatının planlaşdırılması və iqtisadiyyatı fakültəsində təhsil alıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi