"Kənd Təsərrüfatı nazirliyində kadr korpusu məhv edilib,hüquqşünas, regionşünas, politoloq, neftçi, tarixçi, riyaziyyatçı və..."

"Kənd Təsərrüfatı nazirliyində kadr korpusu məhv edilib,hüquqşünas, regionşünas, politoloq, neftçi, tarixçi, riyaziyyatçı və..." -Alim-aqronom

Tovuz rayonu, Vahidli kənd sakini, Şəhid və Qarabağ veteranı qardaşı Həsənov Naməddin Tofiq oğlu tərəfindən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə,media orqanlarının rəhbərlərinə bir nüsxəsi də

Faktinfo.az saytına müraciət ünvanlanıb.Müraciətdə deyilir:

                                           

Cənab prezident!

Hörmətli Media orqanlarının rəhbərləri!

    Nəzərinizə çatdırıram ki, mən alim-aqronom olaraq kənd təsərrüfatının bütün sahələrini,o cümlədən  heyvandarlıq sahəsini də mükəmməl bilirəm. Bir ziyalı və mütəxəssis olaraq kənd təsərrüfatının ölkəmizdə inkişafına öz töhvələrimi də verməyə hazıram. Elə ona görə də Kənd Təsərrüfatı naziri İnam Kərimov başda olmaqla bütün nazirlik əməkdaşlarını debata çağırıram.Məsuliyyətimi dərk edərək qeyd edirəm ki, Kənd Təsərrüfatı Nazirliyində və onun struktur bölmələrində savadsız, təcrübəsiz və qeyri ixtisas sahiblərinin işlədiyini sübuta yetirməyə hazıram. Bildirirəm ki, Kənd Təsərrüfatı nazirliyində kadr korpusu məhv edilib,orada hüquqşünas, regionşünas, politoloq, neftçi, tarixçi, riyaziyyatçı və coğrafiya müəllimləri məsul vəzifələrə təyin olunub. 


    Qeyd edim ki, ixtisasım alim-aqronom olmasına baxmayaraq məni artiq 11 aydır ki, Kənd Təsərrüfatı nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi işdən azad edib. Bildirirəm ki, ömrü boyu kənd təsərrüfatı sahəsində işləmişəm və son 13 ili isə Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşma Mərkəzinin Tovuz rayonunda fəaliyyət göstərən qurumunda çalışmışam. Çox gülməli də olsa həmin quruma respublika üzrə rəhbərlik edən Rəşad Vahabzadənin ixtisası neft mühəndisidir. Mən isə peşəkar mütəxəssisəm, şəhid və Qarabağ veteranı qardaşıyam, üç azyaşlı uşağım var, qoca və xəstə, daimi müalicəyə ehtiyacı olan şəhid anası mənim himayəmdə yaşayır, yeganə qazanc yerim işlədiyim müəssisə idi. 


  Başlıcası odur ki, Kənd Təsərrüfatı nazirliyinin əməkdaşlarına dərs keçmişəm, Ermənistanla sərhəd kənddə yaşayıram, müharibədə evimizə ciddi ziyan dəyib, 1996-cı ildən YAP-ın üzvüyəm və mənə Ulu Öndərimizin şəxsi imzası ilə 133543 nömrəli üzvlük vəsiqəsi verilib.İncidiyim səbəb isə Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin direktoru Rəşad Vəhabzadənin "mənim şəhid ailəsinə borcum yoxdur,"-deməsi və onun digər qanunsuz əməlləri barədə bu günə qədər yazdığım 10 kq-dan çox çəkisi olan şikayətlərimin nəticəsiz qalmasıdır.

     Əlavə olaraq bildirirəm ki, məni "siz şəhid ailəsi olmağınızdan istifadə edirsiniz"- deyib təhqir edən Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov 10 gün əvvəl REAL TV-də təkrar əkinlərlə bağlı çıxış edərək bildirib ki, təkrar əkinlərdə qisa müddətə bara düşən sortlar olmalıdır. Cəfər Məhərrəmovun bu çıxışına rəğmən mən bir mütəxəssis olaraq izah verirəm ki, kənd təsərrüfatında qisa müddətə bara düşən termini yoxdur, tez yetişən, orta yetişkən və gec yetişən sortlar vardır ki, təkrar əkinlərdə də tez yetişən sortlardan istifadə olunmalıdır. Cəfər Məhərrəmovun mənə siz şəhid ailəsi olmağınızdan istifadə edirsiniz deməsinə cavab olaraq bildirirəm ki, Şəhidlər vətənin əsl sahibləridir.

     Qeyd etdiyim kimi artıq 11 aydır ki, işdən azad olunmuşam və bütün müraciətlərim cavabsız qalıb, heç bir tədbir görülməyib və Aqrar Xidmətlər Agentliyi bildirir ki, Şəhid və Qarabağ veteranı ailəsi olmağınıza baxmayaraq əmək müqavilənizin müddətini uzatmırıq.

      Mən isə bütün lazımı sənədləri toplayaraq ölkə vətəndaşlığından imtina etmək üçün aidiyyəti qurumlara müraciət etmişəm.

  FAKTİNFO.AZ



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi