Kəndə köçmüş məşhur aktyorumuz:“Qışı Bakıda keçirirəm”

Kəndə köçmüş məşhur aktyorumuz:“Qışı Bakıda keçirirəm” 

“Yaş 84-ə çatıb. Amma Allaha şükür olsun ki, özümü normal hiss edirəm. İndi Bakıdayam”

Bu sözləri Open.az-a açıqlamasında Azərbaycanın tanınmış aktyoru, əməkdar artist Məcnun Hacıbəyov deyib. Qubanın İkinci Nügədi kəndində yaşayan Məcnun Hacıbəyov son illər qış aylarını Bakıda keçirdiyini deyir: “ Yayda kənddə yaşamaq çox yaxşıdır. Amma qışda soyuq olur. Cavan, gümrah olanda soyuğa o qədər fikir vermirsən. Amma yaş artıqca qışda kənddə qalmaq olmur. Ona görə son illər Bakıya övladlarımın yanına gəlirəm. Qışı burada keçirib, yenidən Qubaya dogma kəndimə qayıdıram.”

Məcnun Hacıbəyovun oğlu Ceyhun Hacıbəyov atası haqqında film çəkiləcəyi xəbərini də ilk olaraq bizimlə paylaşıb. “Ramiz Həsənoğlu atamın haqqında film çəkmək istəyir. Əslində çəkilişlər başlanmalı idi. Amma özünü yaxşı hiss eləmədi. Filmin yaradıcı heyəti belə qərara gəldi ki, çəkilişləri bir neçə aydan sonra başlasınlar. Atam kəndin təmiz havasına, suyuna öyrəşib. Bakıya gələndə darıxır. Yaddaşı yaxşıdır. Amma yaş özünü göstərir.”

Xatırladaq ki, Məcnun Hacıbəyov 1935-ci il oktyabrın 5-də Quba rayonunun İkinci Nügədi kəndində dünyaya gəlib. 1965-ci ildə Teatr İnstitutunu bitirib. Məcnun Hacıbəyov izin illər Akademik Milli Dram Teatrında çalışıb. Teatr səhnəsində ifa etdiyi rollarla yanaşı, televiziya tamaşalarında da yaddaqalan obrazlara imza atıb.

2010-cu ildən Qubada yaşayır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi