"Kəpəz" "Turan"ı məğlub etdi

"Kəpəz" "Turan"ı məğlub etdi 

Azərbaycan Premyer Liqasında XXX turun daha bir görüşü baş tutub.

 “Kəpəz”lə “Turan Tovuz” üz-üzə gəliblər. Gəncə şəhər stadionunun ot örtüyü yararsız vəziyyətdə olduğu üçün rəqibini Qəbələdə qəbul edən Tərlan Əhmədovun kollektivi erkən qolla hesabı açıb. Nigeriyalı hücumçu Abdullahi Şuaybu qapıçı ilə təkbətək dueldən qalib ayrılıb. Matç Gəncə təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, turun ilk günündə “Zirə” “Səbail”ə evdə 3:1, “Qəbələ” “Neftçi”yə səfərdə 2:1 hesabı ilə qalib gəlib. Sabah isə “Şamaxı” “Sumqayıt”ı, “Sabah” isə “Qarabağ”ı qəbul edəcək.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi