Kərkükdə "Haşdi Şabi"yə görə ABŞ və israilin prosesə seyrçi qalacağı düşünülür,amma...- Nevzad Çiçək

Kərkükdə "Haşdi Şabi"yə görə ABŞ və israilin prosesə seyrçi qalacağı düşünülür,amma...- Nevzad Çiçək 

Xəbər verdiyimiz kimi, ABŞ-ın İraqdakı ordusu peşmərgədən azad edilən Kərkük ətrafına yerləşib.

 Amerika ordusunun bu qəfil həmləsi və rəsmi Vaşinqtonun hazırkı vəziyyətə baxışı ilə bağlı Türkiyənin araşdırmaçı jurnalisti Nevzad Çiçək maraqlı şərh verib.

Onun sözərinə görə, hazırkə mərhələdə, ABŞ və İsrailin proseslərə müdaxilə edəcəyi  gözənilmir:

"Bəziləri İraq ordusuna çox ciddi dəstək verən "Haşdi Şabi"yə görə ABŞ və israilin prosesə seyrçi qalmayacağını düşünür. Ancaq nəzərə almaq lazımdır ki, "Haşdi Şabi" 60-dan çox qrupun bir araya gələrək, qurduğu güclü ordu halına gəlib. Düzdür, bu qrupu məzhəbçilikdə ittiham edənlər var. Lakin fakt odur ki, onlar bu iddianın təsdiqini tapmaması üçün son vaxtlar əllərindən gələni edirər.

Son Kərkük əməliyyatında da bunu təsdiqləyən görüntü vermədilər. Üstəlik, müxtəlif məzhəb və etnik qruplardan ibarət İraq parlamentinin də "Haşdi Şabi"yə baxışı yüksəkdir.  Yəni bu gün artıq İraq ordusu dedikdə "Haşdi Şabi" və ya "Haşdi Şabi" dedikdə İraq ordusu başa düşülür. Bəli, bunlar bir-birindən fərqli deyillər.

Ona görə də ABŞ və ya İsrailin bu qrup üzərindən proseslərə müdaxilə etməsi mümkünsüzdür. Bu, Amerika üçün, onun İraqdakı ordusu üçün indiki mərhələdə uğurdan çox, zərər gətirər. Əksinə, məncə, ABŞ "Haşdi Şabi"nin İraq ordusuna yaxından dəstək verib, birgə əməliyyat keçirməsində daha çox maraqlıdır.  Çünki Vaşinqtonun başqa marağı var".

"Düşünürəm ki, ABŞ-ın proseslərə hələlik seyrçi yanaşmasında əsas məqsədi referendum prosesi zamanı onu dinləməyən Bərzaninin burnunun əzilməsidir. İraq ordusu "Haşdi Şabi"nin simasında bunu edəcək. Lakin İraq ordusunun daha çox irəliləməsinə imkan verilməyəcək. Son anda ABŞ ortaya çıxıb, "ənənəvi xilasedici" rolunu oynayacaq".

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi