“Kimsə Dağlıq Qarabağ adlı ölünü diriltmək istəyirsə...” - Dövlət başçısı

“Kimsə Dağlıq Qarabağ adlı ölünü diriltmək istəyirsə...” - Dövlət başçısı 

"Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Biz də onu tanıyarıq, ancaq Azərbaycanda yox!"

Bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 27 sentyabr - Anım Günü ilə əlaqədar xalqa müraciətində deyib.

"Bu məsələ öz həllini tapdı. Bunu mən deyirəm - Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaqdır", - Prezident vurğulayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi