Kiyevə hücum: yeni təfərrüat və şəkillər...

Kiyevə hücum: yeni təfərrüat və şəkillər... 

Kiyevin Obolon rayonuna və Kurenevkaya endirilən raket zərbələri nəticəsində 2 nəfər ölüb, 16 nəfər yaralanıb.

Bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.

“Bu gün Kiyev düşmənin hücumuna məruz qalıb. Səhər tezdən mərmi Obolonda doqquzmərtəbəli yaşayış binasına düşüb. Yenilənmiş məlumatlara görə, bir nəfər ölüb, 10 nəfər yaralanıb. 70-ə yaxın sakin evdən təxliyə edilib", - o bildirib.

Kliçko qeyd edib ki, Ukrayna hərbçilərinin vurduğu düşmən raketinin parçaları Kurenevkada yola düşüb. Nəticədə 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi