Köhnə binaların həyətlərindəki qarajlar söküləcək? -

Köhnə binaların həyətlərindəki qarajlar söküləcək? - AÇIQLAMA

Paytaxtın müxtəlif küçələrində hələ də istismarda olan köhnə binaların həyətində ard-arda düzülən maşın qarajları digər sakinlərin avtomobillərini parklamalarına maneə yaradır.

 Geniş ərazini zəbt edən bu dəmir, beton “kümələr”in çoxu ya istifadəsiz şəkildə qapısı qıfıllı buraxılıb, ya da anbara çevrilib. Əksəriyyətinin isə sənədi yoxdur. Yaşayış binalarının həyətlərinin bu cür zəbt edilməsi təhlükəsizlik baxımından da əlverişli deyil. Qarajların bəziləri hətta satılaraq “moyka” kimi istifadə edilir. Onları öz mülkiyyətinə çevirən sakinlər isə köhnə binalar sökülərkən müqabilində əlavə ödəniş alacaqlarını deyirlər. Bu mənzərədən narahat olan vətəndaşlar qarajların aidiyyəti qurumlar tərəfindən yığışdırılmasını tələb edirlər.

 

Faktinfo.az xəbər verir ki,məsələyə münasibət bildirən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Pravda.az-a açıqlamasında deyib ki, xüsusilə 20-25 il əvvəl qaraj tikilməsi dəb halını almışdı:

“Çünki maşınların parklanması üçün müəyyən çətinliklər var idi, əlverişli şərait yox idi. Altında parklama yerinə malik çoxmərtəbəli binalar olmadığından insanlar məcburən özbaşına qaraj tikirdilər ki, avtomobillərini qardan, yağışdan qorusunlar. Bir çoxları bunu sənədləşdirir, qanuni şəkildə həyata keçirirdi. Təəssüf ki, əksəriyyəti qanunsuzdur, əyri, dolayı yollarla tikilib, heç bir sənədi yoxdur, amma hələ də yerində qalır. Bir çoxu köhnəlib, sıradan çıxıb, sahibi isə gəlib sökmür. Bu məsələ qaydaya salınmalıdır. Hansısa qarajın mülkiyyət olması barədə sənəd varsa, mülkdürsə, sökülməsi müqabilində sahibinə kompensasiya ödənilə bilər. Lakin qeyri-qanuni tikənlərə heç bir vəsait ayrılmamalı, həmin qarajlar sökülməlidir. Belə qarajlar yaşayış binalarının görünüşünü də korlayır. Əvvəllər bəziləri dəmirdən, daşdan tikilirdi, hətta taxtadan tikənlər də var idi. Primitiv qaydada tikirdilər. Ümumiyyətlə, artıq qaraj tikilməsi dəbdən düşüb. Bu gün qarajlara ehtiyac yoxdur. Əgər beşmərtəbəli binalar sökülürsə, həyətindəki qarajlar da sökülməlidir. Sözsüz ki, kompensasiya məsələsi nəzərə alınacaq”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi