Kolumbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirovla görüşüb

Kolumbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirovla görüşüb -FOTOLAR

Faktinfo.az xəbər verir ki,oktyabrın 22-də Bakı Ekspo Mərkəzində Kolumbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nelsi Rakel Munar Xaramiyon, kolumbiyalı şair Mariya del Sokorro Veles Kaye və nəşriyyatçı, redaktor Monika Patrisiya Montes Ferrando ilə Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov arasında görüş keçirilib.

Görüş zamanı Azərbaycan və Kolumbiya arasında ədəbi-mədəni əlaqələrin inkişafı, milli kitabxanalar arasında əməkdaşlığın genişləndirilməsi, beynəlxalq kitab mübadiləsi və hər iki ölkənin ədəbiyyatının qarşılıqlı təbliği məsələləri müzakirə olunub.

Professor Kərim Tahirov qonaqları salamlayaraq Azərbaycan Milli Kitabxanasının fəaliyyəti, beynəlxalq əlaqələri və həyata keçirilən layihələr haqqında məlumat verib. O, milli kitabxanaların mədəni irsin qorunmasında və xalqlar arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Görüşdə Azərbaycan Milli Kitabxanası ilə Kolumbiya Milli Kitabxanası arasında 6 dekabr 2023-cü ildə imzalanmış əməkdaşlıq Memorandumunun əhəmiyyəti qeyd olunub. Memorandum çərçivəsində kitab və informasiya mübadiləsinin genişləndirilməsi, qarşılıqlı ədəbiyyat bölmələrinin yaradılması, peşəkar təcrübə mübadiləsi və birgə mədəni tədbirlərin təşkili imkanları ətrafında fikir mübadiləsi aparılıb.Kolumbiyalı şair Mariya del Sokorro Veles Kaye yaradıcılığı və beynəlxalq ədəbi layihələrdə iştirakı, nəşriyyatçı Monika Patrisiya Montes Ferrando isə rəhbərlik etdiyi Mo Ediciones nəşriyyatının fəaliyyəti və Kolumbiyada nəşriyyatçılığın inkişafı barədə məlumat veriblər.

Kolumbiyanın Azərbaycandakı səfiri Nelsi Rakel Munar Xaramiyon iki ölkə arasında mədəni və ədəbi əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayaraq bu istiqamətdə əməkdaşlığa dəstək göstərməyə hazır olduğunu bildirib.

Görüşün sonunda kolumbiyalı şair Mariya del Sokorro Veles Kaye və nəşriyyatçı, redaktor Monika Patrisiya Montes Ferrando Milli Kitabxananın fonduna kitablar hədiyyə ediblər.

Faktinfo.az

Kolumbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirovla görüşübKolumbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirovla görüşübKolumbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirovla görüşübKolumbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirovla görüşübKolumbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirovla görüşübKolumbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirovla görüşübKolumbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirovla görüşüb
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər
⇪