Könül Nurullayeva:”Münaqişənin həllindən sonra yeni dövrün gündəliyini Azərbaycan müəyyənləşdirir”

Könül Nurullayeva:”Münaqişənin həllindən sonra yeni dövrün gündəliyini Azərbaycan müəyyənləşdirir” 

Azərbaycan həm müharibə, həm də postmüharibə dövründə istəyinə nail olub. Prezident İlham Əliyevin həm müharibədən əvvəl, həm müharibə zamanı, həm müharibədən sonra gələcək addımlarla bağlı çox dəqiq təsəvvürü regionda vəziyyəti Azərbaycanın xeyrinə dəyişib.

Ən böyük üstünlüklərdən biri postmüharibə dövründə Azərbaycanın çevik fəaliyyəti və fəallığı nəticəsində öz gündəliyini qəbul etdirməsidir ki, hazırda görülən işlər bu gündəlik əsasında aparılır. Ümumiyyətlə, Azərbaycan postmüharibə dövründə böyük çağırışları məharətlə keçərək, faktiki yeni dövrün gündəliyini müəyyənləşdirib.

Bu gün əldə edilən uğurlar isə  uzun illər aparılan hücum diplomatiyasının, diplomatik müstəvidə fəallığın nəticəsidir. Məhz bunun nəticəsidir ki, Azərbaycan regionun yeni inkişaf gündəliyini tərtib edib.

Siyasi leksikona “Zəngəzur dəhlizi” ifadəsinin daxil olması və  dünyanın KİV-lərinin Zəngəzur dəhlizi haqqında danışması da Azərbaycanın təşəbbüsüdür. Biz bu gün öz gücümüzlə status məsələsinin, Dağlıq Qarabağ sözünün gündəlikdən çıxması reallığını yaratmışıq. Prezident İlham Əliyevin də söylədiyi kimi, 20-25 min nəfərlik azlığa status tələbi yolverilməzdir. Ermənistan qəbul etməlidir ki, bundan sonra bütün məsələlər Azərbaycanın konstitusiyası və qanunları əsasında həll ediləcək. Azərbaycan ərazisində yaşayan digət etnik azlıqlar kimi onların da hüquqları yalnız Azərbaycanın konstitusiyası əsasında qorunacaq. Azərbaycanın bu təklifi bütün tərəflər üçün məqbuldur.

Sülh sazişi, delimitasiya və digər məsələlərlə bağlı Azərbaycanın gündəliyi  Avropa İttifaqı, Türkiyə, Rusiyanın gündəliyi ilə vəhdət təşkil edir. Bu, bir daha sübut edir ki, Azərbaycanın təklif etdiyi sülh sazişi regionun inkişafına yönəlib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi