Kürdəmirdə baş verən zəlzələ binaların bünövrəsində bərkitmə işlərinin aparılmasını yenidən gündəmə gətirdi

Kürdəmirdə baş verən zəlzələ binaların bünövrəsində bərkitmə işlərinin aparılmasını yenidən gündəmə gətirdi 

Kürdəmirdə baş verən,digər rayonlarda hiss edilən zəlzələ hadisəsi zəruri olan bir məsələyə qayıtmağı şərtləndirdi.


Belə ki,faktinfo.az saytı olaraq bir müddət əvvəl "5 mərtəbəli binaların bünövrəsində bərkitmə işləri aparılmalıdır", xəbər yazısında qeyd etmişdik ki, Bakıda 1950-60-cı  illərdən sonra tikilən 5 mərtəbəli  binaların bünövrəsində bərkitmə işlərinin aparılması gecikdirilməməlidir.Dövlət vəsaitini bu kimi istiqamətlərə də xərcləmək lazımdı,belə məsələlər üçün qənaət etməmək gərəkdir.Təbii bununla bərabər Bakıda yaşı bir əsr və daha çox olan qəzalı binaların düzgün tədqiq edilib sökülməsini də vurğulamışdıq.

Göründüyü kimi,Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli Kürdəmir rayonunda baş verən son zəlzələyə münasibət bildirərkən  evlərin fundamentinə diqqət yetirilməsini xatırlatdı.Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru son açıqlaması ilə,hardasa, binaların bünövrəsində bərkitmə işlərinin aparılmasını xatırlatmış oldu.

Faktinfo.az



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi