Lavrov Qərbin MDB-yə üzv ölkələrlə bağlı planlarını açıqladı – "Bütün regionlara müdaxilə etməyə çalışırlar"

Lavrov Qərbin MDB-yə üzv ölkələrlə bağlı planlarını açıqladı – "Bütün regionlara müdaxilə etməyə çalışırlar" 

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Birləşmiş Ştatları və Qərb ölkələrini Cənubi Qafqazda vəziyyətin stabilləşməsinə yönəlik razılaşmaları sarsıtmaq cəhdində ittiham edib.

Bu bəyanatı MDB ölkələri xarici işlər nazirlərinin aprelin 12-də Minskdə keçirilən iclasında verib.

Yığıncaqdan sonra keçirilən mətbuat konfransında Lavrov bildirib ki, toplntı iştirakçıları arasında Birləşmiş Ştatlar və onun satellitləri MDB-nin ümumi ərazisinin bütün regionlarına müdaxilə etməyə çalışdığına dair ümumi qənaət var: “Onlar Qafqazlarda, xüsusilə də Cənubi Qafqazda vəziyyətin stabilləşdirilməsinə dair razılaşmanı sarsıtmaq istəyirlər. Onlar Ermənistan və Azərbaycan arasında Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş razılaşmaların icrasına imkan vermək istəmirlər. Onlar habelə aktiv şəkildə Mərkəzi Asiyaya sirayət etməyə çalışırlar. Açıq şəkildə Rusiya Federasiyasının əleyhinə olan müxtəlif formatlar yaradırlar”.

Buna baxmayaraq Lavrov bir daha iddia edib ki, Rusiyanın partnyorları MDB çərçivəsində əməkdaşlıq prinsiplərinə sadiq qalırlar: “Bizim strateji partnyorlarımız nəhəng təzyiq altında olsalar da, MDB, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi İttifaqı və Şanxay Əməkdaşlıq Təşkilatının əsaslandıqları təməl prinsiplərə sadiq qalırlar”.

Lavrov əminliyini bildirib ki, Qərbin siyasətləri strateji baxımdan iflasa məhkumdur.

/Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi