Ləğv edilən bankın müştərilərinə ödənişlər başlanıb –Vaxt açıqlandı

Ləğv edilən bankın müştərilərinə ödənişlər başlanıb –Vaxt açıqlandı 

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Gəncəbank” ASC-nin kreditorlarına ödənişlə bağlı məlumat yayıb.

 “Gəncəbank” ASC-nin növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 15 aprel 2019-cu il tarixindən başlanacaq.

Fond kreditorlardan xahiş edir ki, tələblərin ödənişi ilə bağlı ləğv prosesində olan “Gəncəbank” ASC-nin Gəncə şəhəri, Atatürk prospekti 260 ünvanında yerləşən inzibati binasına və Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babər prospekti, 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraçiət etsinlər və bank rekvizitlərini qeyd etsinlər.

Əlavə məlumat almaq üçün əlaqə nömrələri:

Gəncə ş. (022) 256 04 93/ (022) 256 03 44

Bakı ş. (012) 596 65 91/92/93

Qaynar xətt:  941

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi