“Leobank” müştərinin 265 manatını "yedi"

“Leobank” müştərinin 265 manatını "yedi" 

“Leobank” müştərinin kartından onun heç bir təsdiqi olmadan 265 manat pul silib.

Bu barədə Axar.az-a Bakı sakini Aysel Abdullayevanın müraciətində bildirilib.

A.Abdullayevanın sözlərinə görə, onun kartından vəsait 14 yanvarda silinib. Kartdan pul çıxılması ilə bağlı bildiriş isə ona 15 yanvar tarixində gəlib. Daha sonra şikayətçi banka müraciət edib, aydınlaşdırma istəyib. Bank məbləğin “Zoom.us” saytından sifariş etdiyi məhsula görə çıxıldığını iddia edib.

Şikayətçi qeyd edib ki, hansısa bir məhsul sifariş etməyib və şikayət ərizəsi yazmaq istəyib. Amma “Leobank” ərizəni qəbul etməyib.

Məsələ ilə bağlı “Leobank”ın *7773 dəstək xəttindən saytımıza bildirilib ki, bu haqda heç bir bilgi verə bilməzlər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi