LONDONDA OLİQARX DEPUTATIN MİLYONLARI MÜSADİRƏ EDİLDİ! - Məhkəmə Feyziyevlərlə bağlı qərar verdi + FOTO

LONDONDA OLİQARX DEPUTATIN MİLYONLARI MÜSADİRƏ EDİLDİ! - Məhkəmə Feyziyevlərlə bağlı qərar verdi + FOTO 

Bu gün Londonun Westminster Magistrates Məhkəməsi azərbaycanlı oliqarx və deputat Cavanşir Feyziyevin həyat yoldaşı Pərvanə Feyziyeva, cütlüyün oğlu Orxan və qardaşı oğlu Elman Cavanşirə məxsus olan bank hesabındakı 5.6 milyon funt sterlinqin Britaniya Milli Cinayət Agentliyi tərəfindən müsadirə olunması ilə bağlı qərar verib.

Ailə üzvləri iddia ediblər ki, onların sərvətləri Cavanşir Feyziyevin qanuni biznes fəaliyyətindən əldə edilib. Onlar “Regents” parkının yanındakı “Cumberland Terrace”də aldıqları milyonlarla funtluq evin pulunu da ordan ödədikləırini deyiblər.

Buna baxmayaraq, hakimi Con Zani üçlüyün dondurulmuş bank hesablarında saxlanılan 15,3 milyon funt sterlinqin 5,6 milyon funt-sterlinqinin müsadirə olunmasına dair qərar çıxarıb.

Müsadirə olunan pulun böyük hissəsi 4,4 milyon funt-sterlinqi xanım Feyziyevaya məxsusdur. Deputatın oğlu Orxanın 1 milyon funt-sterlinqi, Elmanın da 240.000 funt-sterlinqi müsadirə ediləcək.

Qeyd edək ki, cinayət araşdırıması tam yekunlaşmadığına görə depozitdə qalan vəsait bütüövlükdə dondurulub, malikanəyə də əl qoyulub./AzPolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi