Lotu Quli həbs edildi, Azərbaycana göndərilir

Lotu Quli həbs edildi, Azərbaycana göndərilir 

Türkiyənin "Sözçü" qəzeti qanuni oğru Nadir Səlifovun saxlanılmasına geniş yer ayırıb.

Qəzetin yazdığına görə, Nadir Rusiya mətbuatında çıxan bir xəbərdən sonra nəzarətə götürülüb.

"Rambler.ru" adlı internet saytında verilən xəbərdə "Türkiyədəki oğru Rusiyada xərac yığır" başlıqlı xəbər yayılıb və Quli məhz bu xəbər əsasında saxlanılıb.

İddialara görə, Lotu Quli Rusiyada, xüsusilə Kalujsk bölgəsindəki topdan satışla məşğul olan iş adamlarından xərac alırmış. Səlifovun iş adamlarından xərac almaq üçün internetdən istifadə etdiyi bildirilir. Onun telekonfransla iş adamları ilə danışdığı və xərac aldığı bildirilir.

Rusiyada ərzaq və qida satış məşğul olan iş adamlarının toplaşdığı bu əraziyə əvvəllər Rövşən Canıyev nəzarət edirmiş. 2016-ci ilin avqustunda isə Rövşən Canıyev Beşiktaşda öldürülüb. Otel çıxışında, lüks "Cip"ində vurulan Canıyevin qətlə yetirildiyi ərazidə polis 65 giliz tapmışdı.

Canıyev öldürüləndən sonra, 6 noyabr 2017 ci ildə mütəşəkkil şöbənin əməkdaşları İstanbulun Baxçalıevlər səmtindəki bir alış-veriş mərkəzində axtarış aparıblar. Əməliyyatda "Şirinlər" olaraq tanınan cinayət qruplaşmasının üzvləri və Canıyevin qardaşı da aralarında olmaqla 11 şübhəli saxlanılmışdı. Şübhəlilərin Canıyevi öldürdüyü iddia edilən Lotu Qulidən intiqam almaq üçün yığışdıqları deyilirdi.

İddiaya görə, Canıyevin qardaşı Lotu Quli ləqəbli cinayət qruplaşmasının başçısını öldürmək üçün "Şirinlər" qrupuna 5 milyon lirə təklif etmişdi.

İddiaya görə, Nadir Səlifov (Lotu Quli) Rövşən Canıyevin ölümündən sonra onun nəzarətində olan yerləri ələ keçirib.

 "Habertürk" isə bildirir ki, Nadir Səlifov izahatı alındıqdan sonra Azərbaycana göndəriləcək.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi