“Lotu Quli”nin taleyi qeyri-müəyyən olaraq qalır –Nadir Səlifov Türkiyədə deportasiya şöbəsində saxlanılır

“Lotu Quli”nin taleyi qeyri-müəyyən olaraq qalır –Nadir Səlifov Türkiyədə deportasiya şöbəsində saxlanılır 

Oktyabrın 8-də İstanbulda saxlanılmış kriminal avtoritet Nadir Səlifov (Lotu Quli) indiyədək İstanbul şəhərində Kumkapı Miqrasiya Mərkəzinin Deportasiya şöbəsində saxlanılır.

Onun deportasiyası prosesi zəruri prosedurların yekunlaşmaması səbəbindən gecikir. Bu barədə Turan agentliyinə İstanbulun hüquq-mühafizə qurumlarındakı məlumatlı mənbələr bildirib.

Bəzi məlumatlara görə, Səlifov Rusiyaya təhvil verilə bilər. Bu, onun türkiyəyə bir il əvvəl başqa adla Rusiya pasportu ilə gəlməsi ilə bağlıdır. Digər məlumatlara görə, o, uzun illər ağır cinayətlər törətdiyinə görə həbsdə qaldığı Azərbaycana təhvil veriləcək.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi