Lukaşenko 2 naziri işdən qovdu-

Lukaşenko 2 naziri işdən qovdu- Nazirlərdən biri zavodda işləməyə göndərildi

Vitebsk vilayətindəki zavodların birinə səfər edən Belarus prezidenti hökuməti sərt tənqid edib.

“AzPolitika.info” Rusiya mətbuatına istinadla bildirir ki, yerindəcə iki naziri işdən qovan Aleksandr Lukaşenko insanların məmurlara nifrət etməsinin əsas səbəbi kimi onların öz işlərinə məsuliyyətsiz və etinasız yanaşmalarını göstərib.

Vitebsk qubernatoruna şiddətli töhmət elan edən Lukaşenko sənaye naziri Vitali Vovkuişdən azad edərək, zavoda işləməyə göndərib. Nazirin burada hansı vəzifə tutacağına tam aydınlıq gətirməyən prezident, onun şəxsən zavodu düşdüyü çətin vəziyyətdən çıxarmalı olduğunu deyib. Lukaşenko sənaye naziri ilə birgə arxitektura və tikinti nazirini də istefaya göndərib.

Həmçinin, Dövlət Hərbi Sənaye Komitəsi və Təhlükəsizlik Şurasının sədrlərinin də vəzifələrinin öhdəsindən gələ bilmədiklərini vurğulayan Belarus prezidenti, payıza qədər hərbi-sənaye kompleksində vəziyyəti düzəltməyəcəkləri təqdirdə, onların ciddi şəkildə cəzalandırılacaqlarını bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi