Mahir Emreli karyerasını Türkiyədə davam etdirə bilər

Mahir Emreli karyerasını Türkiyədə davam etdirə bilər 

Azərbaycan millisinin və Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun futbolçusu Mahir Emreli Türkiyə Super Liqasında oynamağa yaxındır.

Bu barədə məlumatı xorvatiyalı jurnalist İzak Ante Susiç yayıb.

Bildirilib ki, 25 yaşlı hücumçu Konya təmsilçisi ilə ilkin razılıq əldə edib.

Klublar arasında isə danışıqlar davam edir. Hücumçunun satınalma imkanı verən icarə müqaviləsi əsasında Türkiyəyə köçməsi gözlənilir./Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi