Maltada "tarixi inqilab": eyni cinsli nigahlara icazə verildi

Maltada "tarixi inqilab": eyni cinsli nigahlara icazə verildi 

Bu gün Malta parlamenti demək olar ki yekdil səslə eyni cinsli nigahlara rəsmi şəkildə icazə verib. Nigahın rəsmi şəkildə qəbul edilməsi üçün isə eyni cinsli şəxslərin 3 il vətəndaş nigahında yaşaması tələb olunur.

Faktinfo.az xəbər verir ki, sözü gedən qərarın qüvvəyə minməsi ölkədə inqilab kimi dəyərləndirilir. Bunun səbəbi isə ölkənin dini qaydalara bağlı olmasıdır. 430.000 əhalisi olan Maltanın rəsmi dini katoliklikdir.

Xatırladaq ki, ölkədə boşanmalara yalnız 2011-ci ildən icazə verilib, abort etmək isə hələ də qadağandır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi