“Manatın kəskin möhkəmlənməsi Azərbaycanı cəlbedici ölkəyə çevirir”

“Manatın kəskin möhkəmlənməsi Azərbaycanı cəlbedici ölkəyə çevirir” - Samir Şərifov

“Manatın məzənnəsinin kəskin möhkəmlənməsi daxili sitehsalçıların fəaliyyətinə mənfi təsir göstərir”.

Bunu maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, manatın məzənnəsinin yüksəlməsi istehsalla yanaşı ixraca da təsirsiz ötüşməyəcək:
“Manatın məzənnəsinin kəskin möhkəmlənməsi ixraca da mənfi təsir edir. Bu xaricdən idxalın artmasına səbəb olur. Bir sözlə, Azərbaycan cəlbedici ölkəyə çevrilir. Ona görə də, biz bir sıra məsələlərin həllinə çalışmalıyıq.

 Hesab edirəm ki, son illər aparılan siyasət məhz makroiqtisadi balansın qorunub saxlanması, eyni zamanda iqtisadi artım üçün lazım olan təkanların verilməsi üzərində qurulub”.Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi