"Mançester Yunayted" klubunun qapıçısı qəza törədib — FOTOLAR

"Mançester Yunayted" klubunun qapıçısı qəza törədib — FOTOLAR 

İngiltərənin "Mançester Yunayted" klubunun qapıçısı Serxio Romero şəxsi avtomobili ilə qəza törədib.

 "Mirror" nəşrinin verdiyi məlumata görə, hadisə klubun bazasına yaxın yerdə baş verib.


200 min avro dəyəri olan "Lamborgini" markalı avtomobili ilə komandanın məşqinə tələsən argentinalı qolkiper yolda qəzaya uğrayıb. Klubdan verilən açıqlamada 33 yaşlı qolkiperin qəzadan salamat çıxdığı və xəsarət almadığı bildirilib.


Qeyd edək ki, Romero cari mövsüm "Mançester Yunayted"in heyətində 9 oyuna çıxıb və qapısında 2 top görüb. /Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi