Masallıda dəhşətli qəza: 8 nəfər öldü -

Masallıda dəhşətli qəza: 8 nəfər öldü - Video

Masallıda yük maşını Mersedes "Vito" markalı mikroavtobusla toqquşub.

Hadisə nəticədə 8 nəfər ölüb. Bir nəfər müxtəlif dərəcəli xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, yaralanan şəxs 24 yaşlı gənc qızdır.

Ölənlərin isə 2-si qadın, 3-ü kişi və digər 3-ü məktəblidir.

Qəzaya düşənlər toya gedirlərmiş.

Hadisə bu gün səhər saatlarında Ələt-Astara-İran sərhəd yolunun 136-cı km-də, Masallı rayonu ərazisində baş verib.

Belə ki, "Mersedes" markalı 99 LH 458 dövlət qeydiyyat nişanlı mikroavtobus üzü Astara istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan "KamAZ" markalı 10 MG 329 dövlət qeydiyyat nişanlı yük avtomobilinə çırpılıb. Nəticədə Bakı şəhərindən şadlıq məraimindən qayıdan yaxın qohumlar aldıqları ağır bədən xəsarətlərindən yerindəcə ölüblər.

Son dəqiqləşdirmələrə görə qəza zamanı 8 nəfər ölüb, 2 nəfər xasarət alaraq Masallı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Əldə etdiyimiz məlumata görə, qəza baş verən zaman arxada daha bir avtomobildə ailənin digər qohumları da olub. Hadisə onların gözü qarşısında baş verib. Lakin həmin avtomobil qəzadan yayınıb. Ölən və yaralananlar Lerik rayonunun Kəlvəz kənd sakinləridir. Meyidlər müayinə olunmaq üçün aidiyyati üzrə təhvil verilib. Mikroavtobusun sürücüsünün yüngül xəsarət aldığı bildirilir. O, fakt üzrə dindirilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik dəqiqləşməsə də sürücünün sükan arxasında yuxulaması ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Qəza nəticəsində ölən və yaralananların tam siyahısını təqdim edirik:

Ölənlər.

1. Tağıyev Əlizahir Atalı oğlu - 2002-ci il

2. Rzayev Əsgər Hikmət oğlu - 1983-cü il

3. Rzayev Hikmət Əsgər oğlu - 2002-ci il

4. Rzayev Azər Hikmət oğlu - 2008-ci il

5. Rufullayev Ayxan Natiq oğlu - 2016-ci il

6. Məmmədov Gültac Ələkbər oğlu - 1996-cı il

7.Məmmədova Aytac Ələkbər qızı - 1995-ci il

8. Məmmədov Elgün Ələkbər oğlu - 1997-ci il

Yaralılar

1. Rzayeva Ruhiyyə Əkbər qızı - 1985-ci il

2. Tağıyeva Miranə Atalı qızı - 1995-ci

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər