Maşınla piyadanı vurdu,hadisə yerindən qaçdı

Maşınla piyadanı vurdu,hadisə yerindən qaçdı 

Bərdə rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Məlumata görə, rayonun Heydər Əliyevprospektində “Hundai” markalı minik avtomobili yolu keçmək istəyən 1982- ci il təvəllüdlü Qələbə rayon sakini Quliyev Sərvan İmran oğlunuvurub.

Yaralı ətrafda olan insanların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Sürücü hadisə yerindən qaçıb. Bərdə rayon Polis şöbəsində sürücünun müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı rayon Polis şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Bundan əvvəl Xaçmazda qadını avtomobil vurub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi