Maskalılar avtomatla evə hücum edib, atəş açdılar - Ağstafada

Maskalılar avtomatla evə hücum edib, atəş açdılar - Ağstafada 

Ağstafada iki nəfər maskalı şəxs rayon sakini Əmirxan Mustafayevin evinə hücum edib.

Ev sahibini avtomat silahla hədələyən şəxslər havaya atəş açaraq ondan pul tələb ediblər.

Ə.Mustafayev maskalı şəxslərlə əlbəyaxa olub, nəticədə onlardan birini tutub və polisə təhvil verib.

Digər şəxs isə hadisə yerindən qaçıb.

Araşdırma zamanı ev sahibinin zərərizləşdirdiyi şəxsin 1962-ci il təvəllüdlü Ceyhun Novruzov olduğu məlum olub.

Qaçan digər maskalı şəxsin axtarışları davam etdirilir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi