Məhərrəm İncə İstanbul uğrunda mübarizəyə başlayır

Məhərrəm İncə İstanbul uğrunda mübarizəyə başlayır - İlk açıqlama

“İstanbulu qazansaq, bu qalibiyyətdən bir Türkiyə hekayəsi çıxar

24 iyunda keçiriən Prezident seçkilərində CHP-nin namizədi Məhərrəm İncə, 2019-cu ilin martında baş tutacaq seçkilərdə İstanbul Böyükşəhər Bələdiyyəsi üçün keçiriləcək yarışlara hazır olduğunu deyib.

 Məhərrəm İncə Böyükşəhər Bələdiyyəsi üçün namizəd olacaq.

Hürriyət yazarı Əhməd Hakana danışan Məhərrəm İncə, Bələdiyyə seçkiləri ilə bağlı açıqlamalar verib:

“İlk dəfə deyirəm: İstanbul üçün namizəd olacağam. CHP-nin İstanbulda təxminən 250 min üzvü var. Üzvlərin hamısının iştirak edəcəyi ön seçim olsun. Buradan qalib çıxsam, namizəd olacağam”.

İncə niyə ön seçim istədiyini də belə əsaslandırıb:

“Türkiyə İstanbul deməkdir. 250 min üzv az deyil. Bu üzvlərimiz hərəkətə keçsə, biz bu seçimdə qalib ola bilərik. İstanbulu qazansaq, bu qalibiyyətdən bir Türkiyə hekayəsi çıxar və prezidentlik seçimlərində də qalib ola bilərik.”AzNews.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi