
Məhkumlara növbəti dəfə ödənişsiz hüquqi yardım göstərilib - FOTO
Məhkum və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində dövlət və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq davam etdirilir.
Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə tədbirlər planına uyğun olaraq azadlıqdan məhrum edilmiş şəxslərə ödənişsiz hüquqi yardım göstərilməsi ilə bağlı müxtəlif vəkil bürolarını təmsil edən vəkillər tərəfindən penitensiar müəssisələrə başçəkmələrin həyata keçirilməsi təmin olunur.
Növbəti başçəkmələr 4 saylı cəzaçəkmə müəssisəsinə, Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsinə və İxtisaslaşdırılmış müalicə müəssisəsinə təşkil edilib.
Vəkillərlə keçirilmiş görüş zamanı 53-ə yaxın məhkuma qanunvericiliyin müddəaları izah olunub, hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində sualları cavablandırılıb.
Faktinfo.az













Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın