Mehman Hüseynov yemək yeyir-

Mehman Hüseynov yemək yeyir- “Atası da ona sovqat gətirib"

Hüquq müdafiəçisi Sahib Məmmədov həbsdə yatan bloger Mehman Hüseynovla çəkdirdiyi son fotosunu yayıb.

Sahib Məmmədov M.Hüseynovla görüşüb.O, bildirib ki, məhbus aclıq aksiyası keçirmir:

“Mehman Hüseynov maye və duru yeməklər qəbul edir, çoxlu yoğurt yeyir. Onun mədəsində qastrit olduğu deyilir”.

S.Məmmədovun sözlərinə görə, Mehman bu gün atası ilə də görüşüb:

“Atası ona sovqat gətirib. Sovqatın nədən ibarət olduğuna kamerada baxdıq. Mehmanın saxlanma şəraiti ilə də tanış olduq. Onlar 4 nəfərlik yerdə 3 nəfər qalır. İsitilik sistemi yaxşıdır, otağında televizor da var. Özünün də saxlanma şəraitindən şikayəti yoxdur. Yeganə etirazı ona qarşı başlanmış yeni cinayət işi ilə bağlıdır”.

Qeyd edək ki, M.Hüseynovun aclıq aksiyasını davam etdirdiyi iddia edilsə də, Penitensiar Xidmət onun yalnız 26 dekabrda aclıq etdiyini, bir gün sonra isə aksiyanı dayandırdığını bildirmişdi.Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi