
“Mən olmasaydım, Rusiyanın başına çoxdan çox pis şeylər gələrdi” – Tramp
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin hərəkətlərini yenidən tənqid edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ prezidenti sosial şəbəkə hesabında paylaşım edib.
Tramp qeyd edib ki, Putin “odla oynayır”:
“Vladimir Putinin başa düşmədiyi odur ki, mən olmasaydım, çoxdan Rusiya ilə çox pis şeylər baş verərdi. ÇOX PİS ŞEYLƏR. O, odla oynayır!”
Xatırladaq ki, Tramp son günlər Putinə qarşı əvvəllər etmədiyi şəkildə danışmağa başlayıb. Belə ki, mayın 25-də Rusiyanın Ukraynaya kütləvi hücumundan sonra ABŞ prezidenti “çox insanı öldürən” Putindən narazılığını bildirib. Tramp daha sonra Rusiya prezidentinin “dəli olduğu” fikrini bildirib.
“The Wall Street Journal” mayın 26-da yazıb ki, Tramp bu həftənin sonuna qədər Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək imkanını nəzərdən keçirir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın