Məşhur fransız sənətçi: Türk əsgərinə dua edin!

Məşhur fransız sənətçi: Türk əsgərinə dua edin! 

Məşhur fransız pianoçu Stefan Blet Türkiyənin Afrin əməliyyatına dəstək nümayiş etdirib.

Kult.az xəbər verir ki, Blet sosial şəbəkə hesabındakı izləyicilərindən Afrində döyüşən türk əsgərləri üçün dua etmələrini istəyib.

Türkiyəyə sevgisi ilə diqqət çəkən fransız pianoçu həmçinin türk ordusu üçün konsert verməyi də planlaşdırır.

Qeyd edək ki, Stefan Blet bütün dünyada Fələstini dəstəkləməsi, Osmanlı, Türkiyə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana olan böyük sevgisi ilə tanınır. Bir ay əvvəl Türkiyənin Sivas bölgəsində fələstinlilər üçün konsert verən pianoçunun həmçinin “Fələstin” adlı əsəri də var.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi